Qubada intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə noyabrın 28-də Alpan kəndində baş verib. 59 yaşlı Qurbanov İmran Cəlil oğlu səhər saat 9 radələrində yaşadığı evin həyətindəki çardaqdan özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, o əvvəllər də bir neçə dəfə intihara cəhd edib. Lakin hər dəfə onun özünü öldürməsinin qarşısı alınıb. Həmçinin İ. Qurbanovun spirtli içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.