Qubada avtomobil gənc qadını vurdu, vəziyyəti ağırdı
02 oktyabr 2022 11:29 (UTC +04:00)

Qubada avtomobil gənc qadını vurdu, vəziyyəti ağırdı

Qubada yol nəqliyyat hadisəsi baş verib

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, dünən axşam saatlarında Quba rayonunda 33 yaşlı Xəyalə Mustafayevanı maşın vurub.

Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

# 1599
avatar

Oxşar yazılar