Bu ilin oktyabr ayında Şəmkirdə Orxan Rəsulovun bıçaqlanması ilə bağlı açılan cinayət işinin ibtidai istintaq başa çatıb.
Şəmkir rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bu il oktyabrın 20-də saat 20 radələrində Şəmkir rayonu ərazisində Rəsulov Orxan Yusif oğluna bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin qonşusu 30 yaşlı Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Orxan Rəsulovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilərək, hadisə yerinə baxış keçirilib. Maddi sübutlar götürülərək, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qonşusunu öldürmək istəyənin məhkəməsi başlayır
Oxşar yazılar

Balakəndə FACİƏ: 19 yaşlı qız körpüdən çaya düşdü
20 may 2025 , 21:37
Bakı-Quba yolunda ağır qəza - 1 nəfər öldü, 2 nəfər yaralandı
20 may 2025 , 21:34
Bakıda evdən qadın meyiti tapıldı
20 may 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
20 may 2025 , 19:30
Əmisi qızı ilə evlənən bəy toyda öldü
20 may 2025 , 18:54
Qəbələdə qadının meyiti sübh tezdən həyətdə tapıldı
20 may 2025 , 18:26
Məhkəmədən Tofiq Yaqublu ilə bağlı YENİ QƏRAR
20 may 2025 , 18:10