Qız məktəbin tualetində oğlanı bıçaqladı
03 mart 2023 16:03 (UTC +04:00)

Qız məktəbin tualetində oğlanı bıçaqladı

Moskvada qız 13 yaşlı oğlanı məktəbin tualetində bıçaqlayıb. 

Lent.az yerli KİV-ə istinadla bildirir ki, David adlı oğlan iddialara görə həmin qızı incidib. Bundan bezən qız dərs zamanı oğlanlar tualetində Davidi çiynindən bıçaqlayıb. Nənəsi yaralı məktəblini xəstəxanaya aparıb.

Bildirilir ki, Məktəbli qız Davidi qorxutmaq üçün bıçaq çıxarıb, lakin sonda onu bıçaqlayıb. İndi nəşrin məlumatına görə, qız polisdədir. O, bunun necə baş verdiyini xatırlamır.

# 2355
avatar

Mehman Nəbiyev

Oxşar yazılar