Balakənə Aktaudan ilk cənazə gəldi: körpəsini görə bilmədi  - YENİLƏNİB
27 dekabr 2024 11:00 (UTC +04:00)

Balakənə Aktaudan ilk cənazə gəldi: körpəsini görə bilmədi - YENİLƏNİB

Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən biri - 26 yaşlı Ramazan Nəriman oğlu Filiyev dəfn olunub.

Lent.az xəbər verir ki, onun nəşi Balakən rayon sakini Ramazan Nərman oğlu Filiyevin nəşi Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb.

***
09:15

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib. 

Lent.az-ın məlumatına görə, Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyevin nəşi doğulduğu rayona gətirilərək bu gün səhər saatlarında  ailəsinə təhvil verilib. R.Filiyev Şərif kənd qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, R. Filliyev iki il əvvəl ailə həyatı qurubmuş və onun 10 aylıq körpəsi var. 

R. Filiyev Qroznıya işləmək üçün gedirdi. 

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakinləri olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12195
avatar

Oxşar yazılar