Qəbələdə meşə yanğınları davam edir - YENİLƏNİB -VİDEO
11 avqust 2021 15:31 (UTC +04:00)

Qəbələdə meşə yanğınları davam edir - YENİLƏNİB-VİDEO

Fövqəladə Hallar Nazirliyi Qəbələdəki meşə yanğınları ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlayıb.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğının qarşısının alınmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Hazırda yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti keçməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

***

Saat: 09:59

Qəbələdə meşə yanğınları davam edir.

Fövqəladə HlallarNazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir. Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qəbələdə meşə yanğınları

# 3570
avatar

Mehman Nəbiyev

Oxşar yazılar