Qəbələdə avtomobil körpüdən aşdı-Sürücünün oğlu öldü -FOTO
02 aprel 2023 17:57 (UTC +04:00)

Qəbələdə avtomobil körpüdən aşdı-Sürücünün oğlu öldü-FOTO

Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106”markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Lent.az-a verilən məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

# 2193
avatar

Oxşar yazılar