Martın 13-də Füzuli şəhərində qəza törədən sürücülərdən biri Şuşa rayonunun yol polisi şöbəsinin rəisidir.
Lent.az-ın məlumatına görə, Şuşanın yol polisi şöbəsinin rəisi mayor İlqar Hümbətov qəza nəticəsində yaralanıb. O və digər 3 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
***
14:17
Füzulidə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.