Qarabağa qanunsuz yük aparan iranlı sürücülər ölkələrinə QAYTARILDI
21 oktyabr 2021 09:57 (UTC +04:00)

Qarabağa qanunsuz yük aparan iranlı sürücülər ölkələrinə QAYTARILDI

Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Mehman Nəbiyev

Oxşar yazılar