Psixiatriya xəstəxanasında xəstəni döydülər - ŞOK VİDEO
14 avqust 2024 22:24 (UTC +04:00)

Psixiatriya xəstəxanasında xəstəni döydülər - ŞOK VİDEO

Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasında xəstə döyülüb. 

Lent.az xəbər verir ki, bu barədə döyülən xəstənin oğlu video paylaşıb. 

Onun sözlərinə görə, atasını orada döyüblər:

"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?  

Mən bu paylaşımı tək atama görə yox, hazırda orada olan, sabahsı gün yolu ora düşəcək olan hər kəs üçün edirəm. 

İki gün əvvəl təcili yardımla ora aparıblar, orada da döyüblər. Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, təcili yardım çağırmışıq gəlib aparmırlar, həkim deyir xəstə ölür, evə getsin. Belə şey olar?

Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq.

Polisə də vaxtında məlumat vermişik, saat 10-11 arası gəldi, yazdı, getdi. Hələ də ekspertiza etməyiblər". 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.

Səhiyyə Nazirliyindən hələlik hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209
avatar

Oxşar yazılar

Sumqayıtda evdən 26 yaşlı qadının meyiti tapıldı

Sumqayıtda evdən 26 yaşlı qadının meyiti tapıldı

15 avqust 2024 , 00:08
Bakıda kişi özünü binadan atmaq istədi - VİDEO

Bakıda kişi özünü binadan atmaq istədi - VİDEO

15 avqust 2024 , 00:00
Goranboy sakini Rusiyada faciəvi şəkildə  öldü

Goranboy sakini Rusiyada faciəvi şəkildə öldü

14 avqust 2024 , 22:09
Biləsuvar sakini laqonda ilə BARMAQLARINI DOĞRADI

Biləsuvar sakini laqonda ilə BARMAQLARINI DOĞRADI

14 avqust 2024 , 20:27
İsmayıllıda 30 yaşlı kişi özünü asdı

İsmayıllıda 30 yaşlı kişi özünü asdı

14 avqust 2024 , 19:07
Kamran Əliyev

Baş prokuror onu təqaüdə göndərdi

14 avqust 2024 , 19:05
Bir nəfər Kürdə batdı

Bir nəfər Kürdə batdı

14 avqust 2024 , 17:57
Əmisi oğlunun yerinə sürücülük imtahanına  girən saxlanıldı

Əmisi oğlunun yerinə sürücülük imtahanına girən saxlanıldı

14 avqust 2024 , 17:49