Prezident Administrasiyasına oyuncaq avtomatla gedən şair  saxlanıldı
04 aprel 2024 18:50 (UTC +04:00)

Prezident Administrasiyasına oyuncaq avtomatla gedən şair saxlanıldı

Rusiya Prezident Administrasiyasının binasına oyuncaq avtomatla gələn moskvalı təqaüdçünün şair olduğu üzə çıxıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, gəncliyində bu adam aviasiya institutunda oxuyub və uzun müddət paytaxt fabriklərindən birində işləyib. Hazırda 69 yaşlı təqaüdçü tək yaşayır. Yaxınlarının dediyinə görə, o, əvvəllər də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra profilaktik müalicə olunub.

Qeyd edək ki, aprelin 3-də Rusiya Prezident Administrasiyasının İlyinka küçəsində yerləşən binasına oyuncaq avtomatla gələn pensiyaçı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, hadisə yerinə gələn polisə bildirib ki, 15 ildir Rusiya prezidenti ilə şəxsi görüşə nail olmağa çalışır. Kişi ruhi xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Oxşar yazılar