Polkovnik-leytenant və anası saxlanıldı
13 iyun 2024 13:29 (UTC +04:00)

Polkovnik-leytenant və anası saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin polkovnik-leytenantı Timur Maqomedselimov Yaroslavlda saxlanılaraq Krasnoyarska aparılıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, o, 2023-cü ilin sentyabrında saxta etibarnamə ilə iş adamı Oleq Mitvolun hesabından Dubayda 1,5 milyon dollar çıxarmaqda şübhəli bilinərək həbs edilən Yelena Maqomedselimovanın oğlu və ortağıdır. Xatırladaq ki, anasının saxlanması zamanı Maqomedselimov onu Krasnoyarskdan xüsusi olaraq gəlmiş əməliyyatçılardan “geri almağa” çalışıb və az qala aralarında atışma baş verib.

Ümumilikdə, Dubay dələduzluğunun ən azı altı iştirakçısı 1 saylı istintaq təcridxanasında toplanıb. Bunlar əsasən orta səviyyəli icraçılar və təşkilatçılardır. Lakin əsas iştirakçılardan olan notarius Melnikova hələ də azadlıqdadır.

Hazırda müstəntiqlər Moskvadan Daxili İşlər Nazirliyinin və FSB-nin yüksək rütbəli məmurlarının himayəsindən istifadə etdikləri iddia edilən bank fırıldaqçıları və qara rieltorların regionlararası şəbəkəsinə çatmaq üçün polkovnik-leytenant Timurla “danışmağa” çalışırlar. Maqomedselimov və oğluna qarşı ittihamlar sərtləşdirilə bilər. Paralel olaraq, istintaqı Dubay polisi aparır, şübhəlilərin FAB Bankdakı şəriklərini müəyyənləşdirir. Çünki oradan 1,5 milyon dollar nağd pul çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3444
avatar

Oxşar yazılar