Polis prokuror  qayınanasını tutdurdu - Narkotacir imiş
20 noyabr 2024 16:47 (UTC +04:00)

Polis prokuror qayınanasını tutdurdu - Narkotacir imiş

Rusiyanın Çelyabinsk vilayətinin Orconikidze rayon Məhkəməsi narkotik vasitələrin satışı və dələduzluqda təqsirləndirilən Leninski rayon prokurorunun keçmiş müavini Nadejda Boquxvala şərti cəza verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Boquxval bütün ittihamlar üzrə təqsirli bilinib. O, 5 il müddətinə şərti həbs cəzasına məhkum edilib.

Boquxval 2023-cü ilin sentyabrında regional FSB əməkdaşları tərəfindən saxlanılıb. O, narkotik satmaqda ittiham olunub. Eyni zamanda, o, narkotacir şəbəkəsinin bir hissəsinə çevrildiyini əvvəlcədən bilməyib. Qanunsuz maddələr əvvəlcə onun mərhum ərinə məxsus olub.

O, o zaman narkotiklərlə mübarizə şöbəsində işləyən kürəkəni Sergey Makarovdan dəhşətli tapıntını atmağı xahiş etsə də, o, tapılan bağlamanın içindəkiləri satıb. Kürəkə Boquxvalın əleyhinə ifadə verib, bu da ona kifayət qədər yüngül cəza ilə çıxmağa şərait yaradıb. Məhkəmə istintaqı zamanı qadın Makarovun ona böhtan atdığını bildirib.

İstintaq irəlilədikcə Boquxval işində dələduzluq haqqında da ittiham ortaya çıxıb. Zərərçəkən onun qızı Lyubov Makarovadır. Əvvəllər ərinin ölümündən sonra keçmiş prokuror müavini əldə etdiyi gəliri uşaqlara bölmədən əmlakını satıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar