Pedofil milyonçunun  intihar ərəfəsində   gizli mesajı ortaya çıxdı
02 iyun 2023 18:00 (UTC +04:00)

Pedofil milyonçunun intihar ərəfəsində gizli mesajı ortaya çıxdı

Milyarder Cefri Epşteyn həbsxana kamerasında intihar etməzdən bir müddət əvvəl başqa bir bədnam pedofil Larri Nassa məktub göndərməyə cəhd edib. Lakin mesaj heç vaxt ünvan sahibi tərəfindən alınmayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, indiyə qədər sirr olan məlumat “Associated Press”in redaktorlarına daxil olan sənədlərdən məlum olub. 4000 səhifəlik hesabatlarda Epsteynin Nassara açılmamış məktubu da daxildir. Sonuncu onilliklər ərzində gənc qızları cinsi istismara məruz qoyurdu.

Müstəntiqlərdən biri Epşteynin intiharından sonra məktubu aşkar ediləndə deyib: "Belə görünür ki, Epşteyn onu poçtla göndərib və ona geri qaytarılıb".

Nassar 2021-ci ilin yanvarında cinsi təcavüzdə təqsirli bilinərək 175 il həbs cəzasına məhkum edilib. Ona qarşı ittihamları 140-dan çox idmançı, o cümlədən olimpiya çempionları səsləndirib. Qurbanların əksəriyyəti azyaşlılar olub.

Epşteyn, 14 yaşlılar da daxil olmaqla, qızları cinsi istismar etməyə və onlara lağ etməyə icazə verən cinayət şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 2019-cu il iyulun 6-da Nyu-Yorkda saxlanılıb və həmin ilin avqustunda məhkəməni gözləmədən həbsxana kamerasında öz həyatına son qoyub.


 

# 3141
avatar

Oxşar yazılar