Əli Əliyev
22 sentyabr 2021 16:02 (UTC +04:00)

Əli Əliyev

Partiya sədri Əli Əliyev prokurorluğa çağırıldı - SƏBƏB

"Youtube"da insanları təhqir edən şəxslə bağlı araşdırmalar aparılıb.

Lent.az-ın məlumatına görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev sentyabrın 22-də Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Əli Əliyev Vətəndaş İnkişaf Partiyasının sədridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6942
avatar

Mehman Nəbiyev

Oxşar yazılar