Özünü oteldən atmaq istədi: 25 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
27 aprel 2021 17:47 (UTC +04:00)

Özünü oteldən atmaq istədi: 25 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL

Yevlaxda polis əməkdaşları intiharın qarşısını alıb.

Lent.az-ın məlumatına görə, hadisə bir az əvvəl Yevlax şəhər avtovağzalının yaxınlığında yerləşən mehmanxanada baş verib.

Binadan özünü ataraq həyatına son qoymaq niyyətində olan 25 yaşlı rayon sakini Dilavər Xəlilovu ölümdən son anda rayon polis şöbəsinin əməkdaşları xilas edib. Məlumata görə, gənci bu addımı atmağa sövq edən Dövlət Sosial Müdafiə Fondu ilə aralarında yaranan narazılıq olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4761
avatar

Oxşar yazılar