Külli miqdarda dələduzluq edən Şirvan sakini ifşa edilib.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış faktlarla bağlı Baş İdarədə Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda törədilmiş cinayətin təfərrüatlarının, eləcə də digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi üçün tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

Özünü dövlət məmuru kimi təqdim edib 70 mindən çox rüşvət aldı
Oxşar yazılar

Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı -VİDEO
19 avqust 2025 , 15:31
Bakıda qəza zamanı işıqfor qırıldı
19 avqust 2025 , 14:04
İt 64 yaşlı sahibini parçaladı
19 avqust 2025 , 13:43
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum olundu
19 avqust 2025 , 13:14Goranboyda məktəbli itkin düşdü
19 avqust 2025 , 13:01
Mətbuat katibini təhqir edən kanal rəhbəri HƏBS OLUNDU
19 avqust 2025 , 12:49
Lənkəranda gənc oğlan göldə boğuldu
19 avqust 2025 , 12:34