Rusiyanın Sankt-Peterburq şəhərində uşaq binanın 13-cü mərtəbəsindən yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə martın 13-də səhər saatlarında Dunay prospektindəki binalardan birində baş verib. Zərərçəkmiş kolların üstünə düşüb və sağ qalıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Məlum olub ki, hadisədən əvvəl uşaq valideynləri ilə dava edib.