Ordumuzun əsgəri açılan atəşdən öldü
12 mart 2023 21:59 (UTC +04:00)

Ordumuzun əsgəri açılan atəşdən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib", - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4099

Oxşar yazılar