Oğrular bu dəfə məktəbi qarət etdilər
25 dekabr 2020 13:11 (UTC +04:00)

Oğrular bu dəfə məktəbi qarət etdilər

Göyçayda məktəb binasından oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 18-də rayon ərazisindəki tam orta məktəblərin birindən 2000 manat dəyərində kompüter avadanlıqları, generator, musiqi mərkəzi, elektrik qızdırıcısı və məişət əşyaları oğurlanıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri R.Adilov və T.Həsənov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Mehman Nəbiyev

Oxşar yazılar