"Neftçi"nin bazasında YANĞIN
14 iyul 2021 14:31 (UTC +04:00)

"Neftçi"nin bazasında YANĞIN

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində ikimərtəbəli binada yanğın olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ Təlim-İdman Bazasının ərazisində ümumi sahəsi 690 kv.m olan (hər mərtəbəsi 345 kv.m) ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən idman zalının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Mehman Nəbiyev

Oxşar yazılar