“Neft Daşları”nda kran dənizə düşdü,  maşinist öldü
18 mart 2025 22:44 (UTC +04:00)

“Neft Daşları”nda kran dənizə düşdü, maşinist öldü

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

Lent.az xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumatı APA-ya təsdiqləyib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar