Naxçıvan şəhərində Türkiyə vətəndaşını avtomobil vurub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
Belə ki, 75-BK-676 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçən Türkiyə vətəndaşı Üstün Ahmet Yasini vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən 2000-ci il təvəllüdlü Abdullayev Fərid Arzu oğlu saxlanılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.