Naxçıvanda qətl törətdiyinə görə, AXTARILIRDI - Türkiyədə yaxalandı
06 iyul 2024 19:22 (UTC +04:00)

Naxçıvanda qətl törətdiyinə görə, AXTARILIRDI - Türkiyədə yaxalandı

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.

 

Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Oxşar yazılar