Naxçıvan, Kəlbəcər və Gədəbəy atəşə tutuldu: Düşmənə cavab atəşi açılıb
17 avqust 2021 16:01 (UTC +04:00)

Naxçıvan, Kəlbəcər və Gədəbəy atəşə tutuldu: Düşmənə cavab atəşi açılıb

Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bundan əlavə saat 11:18-dən 13:37-dək Çəmbərək rayonunun Göysu və Şişqaya yaşayış məntəqələrində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qalakənd və Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655

Oxşar yazılar

Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35
"Sədərək" ticarət mərkəzində yanğın

"Sədərək" ticarət mərkəzində yanğın

30 iyul 2025 , 18:22
Naxçıvanda DƏHŞƏT:  ailəsi 36 yaşlı qadının meyitini tapdı

Naxçıvanda DƏHŞƏT: ailəsi 36 yaşlı qadının meyitini tapdı

30 iyul 2025 , 18:19
Qətldə  şübhəli bilinirdi:   polislə danışıqlar zamanı özünü güllələdi

Qətldə şübhəli bilinirdi: polislə danışıqlar zamanı özünü güllələdi

30 iyul 2025 , 17:49