Narkotiklə tutuldu, 8 mağazanı yardığı da üzə çıxdı -  FOTO
19 noyabr 2021 10:32 (UTC +04:00)

Narkotiklə tutuldu, 8 mağazanı yardığı da üzə çıxdı - FOTO

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini V.Heydərov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə V.Heydərovun oğurluq əməllərinin də üstü açılıb. Onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul və sair oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1284
avatar

Mehman Nəbiyev

Oxşar yazılar