Müştərilərə qəlyan verən kafe sahibi həbs olundu - VİDEO
06 avqust 2021 15:30 (UTC +04:00)

Müştərilərə qəlyan verən kafe sahibi həbs olundu - VİDEO

Bakının Qaradağ rayonunda müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müştərilərə qəlyan təklif edən obyekt aşkar edilib. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən "Nur" istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub. Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polis tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.

Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Qəlyan verənkafe rəhbəri həbs olundu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Mehman Nəbiyev

Oxşar yazılar