Müharibədə itkin düşən 10 nəfərin  meyitinin qalıqları   Azərbaycana verildi
05 dekabr 2022 11:48 (UTC +04:00)

Müharibədə itkin düşən 10 nəfərin meyitinin qalıqları Azərbaycana verildi

Erməni tərəfi Qarabağda ilk müharibənin ehtimal olunan 10 qurbanının qalıqlarını Azərbaycana təhvil verib. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Dekabrın 1-də Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı həlak olduğu iddia edilən 10 nəfərin qalıqlarını, həmçinin dörd cəsədin mümkün yerlərini göstərən iki xəritəni Azərbaycan tərəfinə təhvil verib", - məlumatda deyilir.

Bildirilir ki, 2020-ci il noyabrın 9-dan Ermənistan tərəfi Azərbaycana 5 xəritə və Qarabağdakı birinci müharibənin 140 qurbanının qalıqlarını təhvil verib.

# 2106
avatar

Oxşar yazılar