Mövsüm Səmədov azadlığa çıxdı
19 yanvar 2023 10:22 (UTC +04:00)

Mövsüm Səmədov azadlığa çıxdı

Azərbaycan İslam Partiyasının sədri azadlığa buraxılıb.

Lent.az xəbər verir ki, partiyanın sədri Mövsüm Səmədov 12 il cəza çəkdikdən sonra azadlığa çıxıb.

Xatırladaq ki, M. Səmədov barəsində 2011-ci ildə 12 il müddətinə həbs cəzası verilmişdi.

Həmçinin partiya sədrinin müavini Vaqif Abdullayev 11 il, partiyanın Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il, Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhlum edilmişdi.

Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunmuşdu.

# 4311
avatar

Oxşar yazılar