Mirvari Qəhrəmanlı “QHT İşi” çərçivəsində  prokurorluğa çağırıldı
27 mart 2025 11:19 (UTC +04:00)

Mirvari Qəhrəmanlı “QHT İşi” çərçivəsində prokurorluğa çağırıldı

Daha bir QHT rəhbəri Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub.

Mirvari Qəhrəmanlı APA-ya açıqlamasında deyib iki, o, bu haqda məlumat vermək istəmir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

"İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay ( Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə) və 313 - cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza-Bir ailənin 3 üzvü xəsarət aldı -FOTO -YENİLƏNİB

Ucarda qəza-Bir ailənin 3 üzvü xəsarət aldı-FOTO-YENİLƏNİB

30 mart 2025 , 18:45
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

30 mart 2025 , 18:01
Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

Ermənistandan növbəti təxribatlar-PUA uçurub, atəş açıblar

30 mart 2025 , 15:31
Yol kənarından kişi meyiti tapıldı

Yol kənarından kişi meyiti tapıldı

30 mart 2025 , 14:52
“Kalaşnikov” tapıldı-FOTO

“Kalaşnikov” tapıldı-FOTO

30 mart 2025 , 13:28
Biləsuvarda əməliyyat-Narkotik və silah aşkarlandı

Biləsuvarda əməliyyat-Narkotik və silah aşkarlandı

30 mart 2025 , 12:15