Mingəçevir sakini Bakıda soyğunçuluğa görə tutuldu
09 may 2023 19:03 (UTC +04:00)

Mingəçevir sakini Bakıda soyğunçuluğa görə tutuldu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 8-də gecə saatlarında Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir nəfərin 900 manatının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini İ.Mirəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

# 1443
avatar

Oxşar yazılar