Minalı əraziyə   daxil olmağa cəhd edənlər saxlanıldı
16 oktyabr 2023 18:37 (UTC +04:00)

Minalı əraziyə daxil olmağa cəhd edənlər saxlanıldı

0

Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib. 

Daxili İşlər Nazirliyi  mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər. 

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3168

Oxşar yazılar