"Mercedes"i  kənd yolunda   aşırdı:  İki gənc...
07 aprel 2024 01:06 (UTC +04:00)

"Mercedes"i kənd yolunda aşırdı: İki gənc...

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.

İmişli rayon Sarxanlı kənd sakini 32 yaşlı  Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və sərnişin olan həmkəndliləri, 28 yaşlı Nicat Telman oğlu Tarverdiyev və 33 yaşlı Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

# 2514
avatar

Oxşar yazılar