"Mercedes" kənd sakinini vurub öldürdü
05 fevral 2022 09:45 (UTC +04:00)

"Mercedes" kənd sakinini vurub öldürdü

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, rayonunun Güvəkənd kənd sakini İbrahimov Rəvan Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yola çıxan piyada, Binələr kənd sakini 1960-cı il təvəllüdlü Səfərov Əliyar Qurban oğlunu vurub.

Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da orada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4932
avatar

Oxşar yazılar