Maştağada evin həyətindən 3,5 ton  narkotik çıxdı
27 iyun 2022 11:45 (UTC +04:00)

Maştağada evin həyətindən 3,5 ton narkotik çıxdı

Maştağada evin həyətində külli miqdarda narkotik tapılıb. 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15367 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

# 1995
avatar

Oxşar yazılar