Sumqayıt şəhərində yerləşən köşklərin birindən soyğunçuluq edilib.
Lent.az xəbər verir ki, bu barədə köşkün icarədarı polisə müraciət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində yerləşən köşklərin birindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər də oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü E.Səmədli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.