Lerikdə "NİVA"  ağaca çırpıldı:   Ölən var -  YENİLƏNİB
13 iyul 2024 13:45 (UTC +04:00)

Lerikdə "NİVA" ağaca çırpıldı: Ölən var - YENİLƏNİB

Lerikdə ağaca çırpılan maşında yaralanan və xəstəxanada ölən şəxslə bağlı TƏBİB açıqlama verib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, iyulun 12-də saat 23:45-də Lerik rayonu, Rəzəvül kəndində meşə yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər şəxs sağ bud sümüyünün yerdəyişən sınığı, döş qəfəsin köndələn sınığı, qabırğaların çoxsaylı sınığı, travmatik şok, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsində yerləşdirilib, digər yaralı yaxınlarının təkidi ilə Bakı şəhərinə aparılıb.

Qeyd edək ki, aparılan bütün tədbirlərə baxmayaraq reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstənin ölüm halı qeydə alınıb.

***

01:24

Lerikdə idarəetməni itirən avtomobil ağaca çırpılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib.

Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 74 yaşlı Kamal Balamirzə oğlu Kazımov və 73 yaşlı Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, hadisə iyulun 12-də saat 21 radələrində rayonun Rəzəvül kəndi ərazisində baş verib.

"Niva" markalı avtomobilin sürücüsü K.Kazımovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6082

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15