Lənkəranda avtomobil kanala aşıb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirib. Maşın yol kənarındakı suötürücü kanala aşıb.
Qəza nəticəsində sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Qəza nəticəsində suötürücü kanalın üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.
Faktla bağlı araşdırma aparılır.