Lənkəranda laqunda yeniyetmənin barmaqlarını kəsdi
22 may 2025 20:45 (UTC +04:00)

Lənkəranda laqunda yeniyetmənin barmaqlarını kəsdi

Ani ehtiyatsızlıq yeniyetmənin xəsarət alması ilə nəticələnib.

Lent.az-ın verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Cil kəndində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü M. Talıbov evində laqunda ilə iş görərkən ehtiyatsızlıqdan əl barmaqlarına xəsarət yetirib.

Xəsarət alan yeniyetmə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralının barmaqları cərrahi əməliyyat olunub. Vəziyyətinə uyğun olaraq ambulator müalicəyə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar