Lənkəranda  FACİƏ:   Rusiyadan övladlarına  toy etməyə gələn   ata-ana qazdan boğuldu -  YENİLƏNİB
09 aprel 2024 17:36 (UTC +04:00)

Lənkəranda FACİƏ: Rusiyadan övladlarına toy etməyə gələn ata-ana qazdan boğuldu - YENİLƏNİB

Lənkəranda ər-arvadın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Lənkəran rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 50 yaşlı Qalib Bağırovun və arvadı 45 yaşlı Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

12:01

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar. Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.

***

10:43

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 50 yaşlı Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 55 yaşlı Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6612
avatar

Oxşar yazılar