Küçəyə çıxmaq koronavirus xəstələrinə baha başa gəldi
27 aprel 2021 09:43 (UTC +04:00)

Küçəyə çıxmaq koronavirus xəstələrinə baha başa gəldi

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 26-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Mehman Nəbiyev

Oxşar yazılar