Köşklərdən oğurluq edən saxlanıldı
02 dekabr 2023 14:22 (UTC +04:00)

Köşklərdən oğurluq edən saxlanıldı

Gəncədə köşklərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində 2 köşkdən ümumilikdə 1126 manat pul və 3815 manat dəyərində tütün məmulatı oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

Oxşar yazılar