Köşkdən külli miqdarda lotereya oğurlandı
19 yanvar 2023 11:37 (UTC +04:00)

Köşkdən külli miqdarda lotereya oğurlandı

Bakıda köşk qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birindən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1449
avatar

Oxşar yazılar