Gəncədə partlayıcı pirotexniki vasitələr aşkarlandı.
Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb. K. Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ələ keçirilən pirotexniki vasitələr
Köşkdə partlayıcı maddələr satırdılar-FOTO
Oxşar yazılar

Evin həyətində meyit tapıldı
19 avqust 2025 , 19:37
Zərərçəkənlər ifadə verdi - Vardanyanın MƏHKƏMƏSİ
19 avqust 2025 , 19:35
Bakıda kuryer işləyən yazıçının meyiti tapıldı - YENİLƏNİB
19 avqust 2025 , 19:33
"Qrinviç"də atışmaya görə tutulan azərbaycanlı sərt rejimli həbsxanaya köçürüldü
19 avqust 2025 , 19:08
2 ay əvvəl itkin düşən qız tapıldı - YENİLƏNİB
19 avqust 2025 , 18:57
Azərbaycana yeni təhlükəli narkotik gətirdilər - Baş İdarədən ƏMƏLİYYAT
19 avqust 2025 , 18:10
Elşad Abdullayevin məhkəməsi başladı
19 avqust 2025 , 17:40