Karantin postunda saxlanılan koronavirus xəstəsi
23 dekabr 2020 15:22 (UTC +04:00)

Karantin postunda saxlanılan koronavirus xəstəsi

Koronavirus xəstəsi şəhərə buraxılmadı

Koronavirus xəstəsi Mingəçevirdə karantin postunda saxlanılıb

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, saxlanılan "Kia" markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib. Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

F.Əliyev barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Mehman Nəbiyev

Oxşar yazılar