Kinematoqrafçılar İttifaqının parklanmasına görə bələdiyyə sədri CƏRİMƏLƏNDİ  - YENİLƏNİB
07 iyun 2022 16:06 (UTC +04:00)

Kinematoqrafçılar İttifaqının parklanmasına görə bələdiyyə sədri CƏRİMƏLƏNDİ - YENİLƏNİB

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Lent.az-ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub və Agentlik tərəfindən sözügedən ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verilib.

V.Cavadovun sözlərinə görə, Agentlik tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Kəsilən ağac

***

Saat: 15:01

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar ayılmışdı. Qanunsuz parklanma Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalara aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3555
avatar

Mehman Nəbiyev

Oxşar yazılar