Kənd sakininin evindən külli miqdarda narkotik tapıldı
06 avqust 2021 09:24 (UTC +04:00)

Kənd sakininin evindən külli miqdarda narkotik tapıldı

Bərdədə narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman təmiz çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar