Kənd sakini 21 kilodan çox  narkotiklə tutuldu
14 mart 2023 14:17 (UTC +04:00)

Kənd sakini 21 kilodan çox narkotiklə tutuldu

Yardımlıda külli miqdarda narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Köryədi kənd sakini Y.Ağayev saxlanılıb.

Ondan 10 kiloqram 180 qram marixuana, 4 kiloqram 885 qram heroin, 4 kiloqram 464 qram metamfetamin, 2 kiloqrama yaxın tiryək və 200 ədəd “Tramadol” həbi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947

Oxşar yazılar