Kəlbəcərdə ağır QƏZA: "Niva"nı  dərəyə aşırıb   öldü
28 noyabr 2023 18:30 (UTC +04:00)

Kəlbəcərdə ağır QƏZA: "Niva"nı dərəyə aşırıb öldü

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, Kəlbəcər rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, 54 yaşlı Kəlbəcər rayon sakini Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

# 2061
avatar

Fidan İlqar

Oxşar yazılar