Keçmiş nazirin kəndində  FACİƏ
17 may 2021 13:11 (UTC +04:00)

Keçmiş nazirin kəndində FACİƏ

Ucarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 15-də saat 20 radələrində rayonun Qazıqumlaq kəndi ərazisində kənd sakini R.Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla yolun kənarı ilə gedən həmkəndlisi Fəqani Murtuzovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, Qazıqumlaq sabiq Nəqliyyat naziri Ziya Məmmədovun doğulduğu kənddir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Mehman Nəbiyev

Oxşar yazılar